5 İyul, 2017
Bakı küçələrində narkomaniya ilə mübarizəyə dair sosial lövhələr quraşdırılıb - Foto

Bu ilin iyun ayında Bakı şəhərinin daha on küçəsində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan sosial lövhələr quraşdırılıb.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, bununla da sosial layihə çərçivəsində bu il ərzində paytaxtımızda yerləşdirilən lövhələrin sayı 45-ə çatıb.

Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanan “Ən doğru seçim-Narkotiklərdən heç bir halda istifadə etməməkdir!” adlı videoçarx Bakı şəhərinin 19 elektron reklam tablosunda yayımlanır.

Videoçarx Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bütün dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında da nümayiş olunur.

Sosial rolikin hazırlanmasında məqsəd ictimai maarifləndirmə tədbirlərinin əhatəsini genişləndirmək, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7148.html