|
BMT rəsmisi: “Azərbaycandakı məcburi köçkünlər də miqrant sayılırlar”“Azərbaycandakı məcburi köçkünlər yalnız BMT-nin Miqrasiya Təşkilatı deyil, bütün beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar”. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, bunu BMT-nin Miqrasiya Təşkilatının (BMT -MT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak deyib. O qeyd edib ki, dünyada təqribən 250 milyon nəfər beynəlxalq, 750 milyon daxili miqrant var: "Ölkələr inkişaf etdikcə ölkələrə gələn miqrantların sayı və miqrantların aid olduğu dövlətlərin sayı artır. Azərbaycan da inkişaf etdikcə buraya çoxlu miqrant gələcək. Biz miqrantların gəlməsindən qorxmamalıyıq. Birincisi, Dövlət Miqrasiya Xidməti bunlara hazırdır. İkincisi, miqrantlar özləri ilə yeni, bölüşülə biləcək ideyalar, təcrübələr gətirirlər. Beləliklə də həm professional sahədə, həm də mənşə ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verirlər. Bu da müsbət haldır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 İyun, 2017 13:15 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |