19 İyun, 2017
BMT rəsmisi: “Azərbaycandakı məcburi köçkünlər də miqrant sayılırlar”

“Azərbaycandakı məcburi köçkünlər yalnız BMT-nin Miqrasiya Təşkilatı deyil, bütün beynəlxalq qurumlar tərəfindən miqrant sayılırlar”.

Ahlibeyt.az-ın  APA-ya istinadən xəbərinə görə, bunu BMT-nin Miqrasiya Təşkilatının (BMT -MT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak deyib.

O qeyd edib ki, dünyada təqribən 250 milyon nəfər beynəlxalq, 750 milyon daxili miqrant var: "Ölkələr inkişaf etdikcə ölkələrə gələn miqrantların sayı və miqrantların aid olduğu dövlətlərin sayı artır. Azərbaycan da inkişaf etdikcə buraya çoxlu miqrant gələcək. Biz miqrantların gəlməsindən qorxmamalıyıq. Birincisi, Dövlət Miqrasiya Xidməti bunlara hazırdır. İkincisi, miqrantlar özləri ilə yeni, bölüşülə biləcək ideyalar, təcrübələr gətirirlər. Beləliklə də həm professional sahədə, həm də mənşə ölkələri ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da güclənməsinə töhfə verirlər. Bu da müsbət haldır".

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7056.html