|
|
Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri üç aydan da tez tikilib - FotoDövlətimizin başçısının tapşırığına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri inşa edilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Azərtac məlumat yayıb. Bu, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır: Azərbaycanın İslam dünyasının bir parçası olduğunu, tarixi keçmişinə sadiqliyini nümayiş etdirir. Biz Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini yaratdıq. Gün gələcək, Şuşa da işğaldan azad olunacaq, Şuşa məscidi də bərpa ediləcək. Ərazisi 50 sot olan məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir.Bu barədə məlumat verən iş icraçısı İsmayıl Ağabəyov bildirib ki, məscidin inşası qısa vaxtda və yüksək keyfiyyətlə başa çatdırılıb: “Eşidəndə ki, Cocuq Mərcanlıya tikintidə çalışmağa gedirik, briqadamızın üzvləri çox sevindilər. İnşaat işlərinə martın 22-də başladıq. Hamı böyük ruh yüksəkliyi ilə işlədi və tikintini vaxtında tamamladıq. Ən böyük arzumuz odur ki, bütün torpaqlarımız azad edilsin, Ağdamda, Şuşada və digər şəhər və kəndlərimizdə məscidləri bərpa edək”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 İyun, 2017 13:03 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |