13 İyun, 2017
Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri üç aydan da tez tikilib - Foto

Dövlətimizin başçısının tapşırığına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri inşa edilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Azərtac məlumat yayıb.

Bu, işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır: Azərbaycanın İslam dünyasının bir parçası olduğunu, tarixi keçmişinə sadiqliyini nümayiş etdirir. Biz Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərini yaratdıq. Gün gələcək, Şuşa da işğaldan azad olunacaq, Şuşa məscidi də bərpa ediləcək.

Ərazisi 50 sot olan məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir.Bu barədə məlumat verən iş icraçısı İsmayıl Ağabəyov bildirib ki, məscidin inşası qısa vaxtda və yüksək keyfiyyətlə başa çatdırılıb:

“Eşidəndə ki, Cocuq Mərcanlıya tikintidə çalışmağa gedirik, briqadamızın üzvləri çox sevindilər. İnşaat işlərinə martın 22-də başladıq. Hamı böyük ruh yüksəkliyi ilə işlədi və tikintini vaxtında tamamladıq. Ən böyük arzumuz odur ki, bütün torpaqlarımız azad edilsin, Ağdamda, Şuşada və digər şəhər və kəndlərimizdə məscidləri bərpa edək”.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-7019.html