إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan günlərinin savabları: 1 - 7-ci gün

İmam Sadiq (ə) buyurur:

"Həqiqətən Ramazan ayında səmanın qapıları açılır və Şeytan zəncirlənir. Bu ayda möminlərin əməlləri qəbul olunar. Ramazan ayı necədə gözəl aydır. Bu ay Allah-Rəsulunun dövründə " əl-mərzuq” (ruzilənmiş ay) adlanırdı"

Səid ibn Cubeyr deyir:İbn Abbasdan soruşdum - Bir kəs ki, Ramazan ayının haqqını tanıyıb oruc tutsa, onun savabı nədir? ...

İbn Abbas cavab verdi:

Allah Rəsulundan eşitmişəm ki, buyurub:

Əgər ramazan ayında sizə verilən savabı bilsəydiniz bu zaman Allaha çoxlu şükür edərdiniz:

Elə ki, Ramazanın birinci gecəsi oldu, Allah mənim ümmətimin aşkarda və gizlində olan günahlarını bağışlayar və sizin dərəcənizi iki min dəfə artıran. ( Cənnətdə) sizin üçün əlli şəhər bina edər.

Ramazanın ikinci günü  Allah sizin atdığınız hər bir addımın müqabilində, bir ilin ibadətini, bir nəbinin savabını və bir ilin orucunu yazar.

Allah Ramazanın üçüncü günü bədəninizdə olan hər tükün müqabilində "Firdovs” cənnətində ağ dürrdən olan bir günbəz əta edər. O günbəzin üstündə və altında nurdan ibarət on iki ev olar. Hər evdə min çarpayı olar və hər çarpayıda bir huri olar. Hər gün min mələk-hərəsi bir hədiyyə ilə sizin hüzurunuza gələr.

Ramazanın dördüncü günü Allah "xuld” cənnətində sizə yetmiş min qəsr əta edər. Hər qəsrdə yetmiş min ev olar və hər evdə əlli min çarpayı olar və hər çarpayıda bir huri ilə bərabər min köməkçisi olar. O, köməkçilərin hər biri dünya və dünyada olanlardan xeyirlidir.

Ramazanın beşinci günü Allah sizə " Cənnətul-məvada” min şəhər əta edər. Hər şəhərdə yetmiş min ev olar və hər evdə yetmiş min süfrə olar. Hər süfrədə yetmiş min dərin yemək qabı olar və hər qabda biri-birinə bənzəməyən altımış min növ təam olar.

Allah təala sizə Ramazanın altıncı günü "Darus-səlamda” yüz min şəhər əta edər və hər bir şəhərdə yüz min ev olar. Hər evdə yüz min otaq olar. Hər otaqda qızıldan yüz min carpayı olar. Hər carpayının uzunluğu min zira olar. Hər çarpayının üstündə Huruleyndən bir zövcə olar. Onların üzərində dür və yaqutdan toxunmuş tac olar. Onların hər biri min cariyə daşıyarlar.

"Ramazanın yeddinci günü Allah təala sizə "Nəim” cənnətində qırx min şəhid və qırx min siddiqin (doğru danışanın) savabını əta edər."

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2017  10:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!