إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübarək Ramazan - ayların ən şərəflisi, bütün bəndələrin ayıdır

Ramazan, ayların ən şərəflisi, bütün bəndələrin ayıdır. Bu ayda asimanların, behiştin və Allahın rəhmət qapıları onların üzünə açılar və cəhənnəmin qapıları bağlanar. Bu ayın bir gecəsinin ibadəti min ay ibadətdən üstündür. Bu ayda çəkilən nəfəs də ibadət sayılır.

Rəvayətdə qeyd olunur ki, Ramazanın hər günü sona çatdıqda, iftar zamanı Allah-taala minlərlə günahkarı cəhənnəmdən azad edər. Cümə axşamı yaxud cümə günü olduqda isə, hər saatda minlərlə əzaba layiq görülən bəndə cəhənnəmdən nicat tapar. Ayın sonuncu gecə-gündüzündə isə, bütün ay boyu azad olunduğu qədər bəndəni xilas edər.

Bu ayda gecələri yatıb, gündüzləri Allahın zikrindən qafil olmaq ən böyük xəsarətdir. Məbada günahla-rımız bağışlanmamış Ramazan ayı gəlib sovuşa! Oruc tutanlar zəhmətlərinin bəhrəsini görəndə, insan özünü ziyankarların sırasında gördüyü vaxt nəyi itirdiyini anlayacaqdır. Gecə-gündüzləri Qur`an oxumaq, qiymətli vaxtlarımızı ibadətlə keçirmək, fəzilətli vaxtlarda namaz qılmaq və çoxlu istiğfar və dua etməklə özümüzü Allaha yaxınlaşdırmalıyıq. İmam Sadiq (ə) buyurub:

“Kim Ramazan ayında bağışlanmasa, heç vaxt bağışlanmaz. Belə şəxs gərək Ərəfə gününü gözləsin”.

Bu ayda haramlardan qorunmaq ən vacib məsələlərdəndir. Mövlamız İmam Sadiq (ə) buyurub:

“Hər zaman oruc tutsan, gərək qulağın, gözün, tüklərin, dərin və bütün bədən üzvlərin haramlardan, hətta məkruh əməllərdən qorunmalıdır”.

“Gərək bəndənin oruc günü oruc olmayan günü ilə bərabər olmasın”.

Mənbə:Şeyx Abbas Qumi ("Məfatehul Cinan")

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2017  12:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!