إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Müqəddəs Ramazan ayının ilk gecəsinin əməlləri - Niyyət gecəsi

Bu gecə niyyət axşamıdır - Sabah "On bir ayın sultanı", mübarək Ramazan ayının ilk günüdür

Bu gecə 16 may məğrib azanından sonra(günəş batdıqdan sonra) Azərbaycanın yerləşdiyi üfüqə uyğun olaraq Hicri-Qəməri təqvimi ilə mübarək Ramazan ayı daxil olur.

Ramazan ayının ilk gecəsinin bəzi əməllərini qeyd edirik:

 

Üzü qibləyə əyləşin, əllərini göyə qaldırıb mübarək Ramazan ayının hilalına xitabən deyin:

رَبّى وَرَبُّكَ اللّهُ رَبُّ الْعالَمينَ

اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالاْمْنِ

وَالاِْيمانِ وَالسَّلامَةِ وَالاِْسْلامِ وَالْمُسارَعَةِ اِلى ما تُحِبُّ وَتَرْضى

اَللّهُمَّ بارِكَ لَنا فى شَهْرِنا هذا وَارْزُقْنا خَيْرَهُ وَعَوْنَهُ وَاصْرِفْ عَنّا

ضُرَّهُ وَشَرَّهُ وَبَلاَّئَهُ وَفِتْنَتَهُ

Oxunuşu:

Rəbbi və rəbbəkəllah rəbbəl-aləmin. Allahummə əhilləhu əleyna bil əmni vəl imani vəs-səlaməti vəl-İslami vəl-musaraati ilə mə tuhibbə və tərzi. Allahummə barikə ləna fi şəhrinə haza vərzuqna xeyrəhu və əunəhu vəsrif ənna zurrəhu və şərrəhu və bəlaəhu və fitnətəh

Tərcüməsi:

“Rəbbim və rəbbin aləmlərin rəbbi olan Allahdır. İlahi, bu ayı bizim üçün əmniyyət, iman, salamatlıq, İslam, Sənin sevdiyin və razı olduğun işlərə tələskənliklə başlat. İlahi bu ayı bizə bərəkətli et, onun xeyr və nüsrətini bizim ruzimiz qərar ver. Onun zərərini, şərrini, bəlasını və fitnəsini bizdən uzaqlaşdır”

- “Ramazan ayının ilk gecəsinin qüslu” niyyəti ilə qüsl almaq

-  İmam Sadiqdən (ə) nəql olunan bu duanı oxumaq:

اَللّهُمَّ رَبَّ شَهْرِ رَمَضانَ مُنَزِّلَ الْقُرْآنِ هذا شَهْرُ رَمَضانَ

الَّذى اَنْزَلْتَ فيهِ الْقُرْآنَ وَاَنْزَلْتَ فيهِ آياتٍ بَيِّناتٍ مِنَ الْهُدى

وَالْفُرْقانِ اَللّهُمَّ ارْزُقْنا صِيامَهُ وَاَعِنّا عَلى قِيامِهِ اَللّهُمَّ سَلِّمْهُ لَنا

وَسَلِّمْنا فيهِ وَتَسَلَّمْهُ مِنّا فى يُسْرٍ مِنْكَ وَمُعافاةٍ وَاجْعَلْ فيما

تَقْضى وَتُقَدِّرُ مِنَ الاْمْرِ الْمَحْتُومِ وَفيما تَفْرُقُ مِنَ الاْمْرِ الْحَكيمِ

فى لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضاَّءِ الَّذى لا يُرَدُّ وَلا يُبَدَّلُ اَنْ تَكْتُبَنى مِنْ

حُجّاجِ بَيْتِكَ الْحَرامِ الْمَبْرُورِ حَجُّهُمُ الْمَشْكُورِ سَعْيُهُمُ الْمَغْفُورِ

ذُنُوبُهُمُ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئاتُهُمْ وَاجْعَلْ فيما تَقْضى وَتُقَدِّرُ اَنْ

تُطيلَ عُمْرى وَتُوَسِّعَ عَلىَّ مِنَ الرِّزْقِ الْحَلالِ

Oxunuşu

Allahummə rəbbi şəhri ramazan, munəzziləl Qur’an, haza şəhru ramazan,

Əlləzi ənzəltə fihil Qur’an, və ənzəltə fihi ayatin bəyyinatin minəl huda vəl-furqan

Allahummərzuqna siyaməhu və ə’inna əla qiyamihi. Allahummə səlləmhu ləna və səlləmna fihi və təsəlləmhu minna fi yusri minkə və muafah

Vəc’əl fima təqza və tuqəddiru minəl-əmril-məhtum və fimə təfruqu minəl-əmril-həkim fi leylətil qədri minəl qəzzail-ləzi lə yurəddə və lə yubəddəl

Ən təktubəni min huccaci beytikəl həram, əlməbruri həccəhum, əlməşkuri sə’yuhum, əlməğfuri zunubuhum, əlmukəffəri ənhum səyyiətuhum

Vəcəl fima təqza və tuqaddiru ən tutilə umri, və tuvəssiə ələyyə minər-rizqil-həlal

Tərcüməsi:

“İlahi, ey Ramazan ayının rəbbi, ey Qurani nazil edən!

Bu, haqqı nahaqdan ayıran və hidayət üçün yolgöstərən ayələri bəyan edən Quranı nazil etdiyin Ramazan ayıdır!

İlahi, onun oruclarını tutmağı bizə nəsib et, onun əhyalarını saxlamaqda bizə kömək et!

İlahi, bu ayı bizim üçün salamat et! Bizi bu ayda salamat et! Bizdən asanlıqla və salamatlıqla qəbul et.... Qədr gecəsində dəyişilməz qəza və qədərinlə... adımı öz evinin zəvvarlarının – hacıların siyahısına yaz (mənə Həcc nəsib et)! Adımı o hacıların siyahısına yaz ki, Həccləri qəbul, səyləri qiymətli, günahları bağışlanmış, pislikləri yuyulmuş olsunlar. Ömrümü uzat və yaşadığım müddətcə mənə çox halal ruzi əta et!”

Xatırladaq ki,mübarək ramazan ayının əməlləri ilə daha geniş şəkildə tanış olmaq üçün Şeyx Abbas Quminin "Məfatehül Cinan"dualar toplusuna müraciət edə bilərsiniz

 

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2018  12:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!