إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Orucu batil edən əməllər

Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.

Müəyyən sayda olan günləri oruc tutmalısınız. Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir.

İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

(Bəqərə 183;184 185)

Orucu batil edən əməllər

- Qeyd olunan hallar imsak vaxtından məğrib azanına qədər baş verərsə orucu batil edər.

1. Yemək və içmək.

2. Ehtiyat vacibə görə qatı tozu boğaza yetişdirmək.

3.Əksər din alimlərinin nəzərinə görə, başı tamamilə suya batırmaq (bədən quru olsa belə) orucu batil edər.

4. Ehtiyat vacibə əsasən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə) yalan isnad vermək – (onların adından yalandan bir söz demək).

5. Qəsdən özünü qusdurmaq.

6. Cima(cinsi əlaqə)

7. İstimna (istimna, kişilərdə başqası ilə cima etmədən, özündən məni xaric etməsinə deyilir. Qadınlarda isə şəhvətlə çıxan, "inzal" adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət xaric olması halına uyğundur və bu hal cənabətə səbəb olur).

8. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq.

9. Axıcı şeylərlə imalə(klizma) etmək.

Əgər insan qəsdən və ixtiyari olaraq orucu batil edən bir iş görərsə, orucu batildir. Əgər qəsdən olmasa, eybi yoxdur. Amma əgər insan, orucu batil edən şeylərdən bəzisinin orucu batil etdiyini bilməzsə, bu bilməməzlikdə səhlənkarlıq etməzsə, və bu barədə bir şübhəsi də olmasa ya da, şəri bir dəlilə istinadı olsa və o işi görərsə, yemək, içmək və cimadan başqa şeylərdə orucu batil olmaz.

Əgər oruc tutan səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və belə xəyal etsə ki, orucu batil olub, gərək məsələni dəqiqləşdirsin və qəsdən ikinci dəfə orucunu pozacaq bir əməli yerinə yetirib orucunu batil etməməlidir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2018  16:30 Çap

Bu bölmədə


Xəbər lenti















© 2018 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com