|
Ramazan ayı təqvimi - Namaz,imsak və iftar zamanıBu gecə may ayının 26-sı məğrib azanı zamanı (günəş batdıqdan sonra) Azərbaycanın yerləşdiyi üfüqə uyğun olaraq Hicri- Qəməri təqvimi ilə mübarək Ramazan ayı daxil olur. Ahlibeyt.az-ın məlumatına görə, Ramazan orucunun ilk günü may ayının 27-nə təsadüf edəcəkdir.Bunu nəzərə alaraq Ramazan ayı təqvimini nəzərinizə çatdırırıq Tövsiyyə olunur ki,oruc tutanlar imsaklarını(obaşdanı) cədvəldə qeyd olunan müvafiq zamana uyğun olaraq sübh azanından 15 dəqiqə əvvəl, qeyd olunmuş imsak zamanı dayandırsınlar. Bu cədvəl - Təqvimdə qeyd olunan şəri vaxt ölçüləri Bakı,ətraf qəsəbələr və Abşeron rayonu ərazisi üçün nəzərdə tutulub. Azərbaycanın rayonları arasında olan fərq (dəqiqələrlə) cədvəldə göstərilən vaxta müvafiq olaraq: Sumqayıt- 1 dəqiqə sonra; Ağdam - 11 dəqiqə sonra; Astara -2 dəqiqə sonra; Gəncə - 14 dəqiqə sonra; Qazax - 19 dəqiqə sonra; Quba - 6 dəqiqə sonra; Lənkəran - 3 dəqiqə sonra; Saatlı - 7 dəqiqə sonra; Sabirabad -5 dəqiqə sonra;Şabran - 3 dəqiqə sonra; Şamaxı - 6 dəqiqə sonra; Şəki - 12 dəqiqə sonra; Xaçmaz -10 dəqiqə sonra;Yevlax -11 dəqiqə sonra, Naxçıvan - 17 dəqiqə sonra; Göyçay - 8 dəqiqə sonra; Zaqatala - 14 dəqiqə sonra. Xatırladaq ki,saytın müvafiq namaz vaxtları bölümü cədvəldə qeyd olunan şər'i vaxt ölçüləri ilə eynidir. Təqvim Qafqaz Müsəlmanları İdarəsi və AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq hazırlanıb
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 May, 2017 10:23 ⁄ Çap
Bu bölmədə29 Mart, 2025 Mübarək Ramazan ayının son gecəsinin əməlləri28 Mart, 2025 Fitrə zəkatı nə qədər çıxarılmalıdır19 Mart, 2025 Qədr gecəsi oxunması tövsiyyə iki xüsusi dua19 Mart, 2025 QƏDR gecələri üçün xüsusi hacət namazı |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|