|
|
“IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıbNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş poçt markaları nəşr olunub. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Nazirlikdən “APA-Economics”ə verilən məlumatda bildirilir ki, 4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb. Markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub. “Belarusskiy dom peçati”də(Belorusiya çap evi") nəşr olunan markaların tirajı 10 min, ölçüləri isə 40 x 28 mm təşkil edir. Poçt markalarının nominal dəyəri isə 5 qəpikdir. Məlumat üçün bildirək ki, “IV İslam Həmrəyliyi Oyunları”nda 21 idman növü üzrə 54 dövlətin 3 mindən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2017 13:02 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |