12 May, 2017
“IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları”na həsr olunmuş poçt markaları nəşr olunub.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Nazirlikdən “APA-Economics”ə verilən məlumatda bildirilir ki,  4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb.

Markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.

“Belarusskiy dom peçati”də(Belorusiya çap evi") nəşr olunan markaların tirajı 10 min, ölçüləri isə 40 x 28 mm təşkil edir. Poçt markalarının nominal dəyəri isə 5 qəpikdir.

Məlumat üçün bildirək ki, “IV İslam Həmrəyliyi Oyunları”nda 21 idman növü üzrə 54 dövlətin 3 mindən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6799.html