|
|
Heydər məscidində Həzrət İmam Mehdinin (ə) mövlud günü qeyd olunacaqBakının Heydər məscidində müsəlmanların 12-ci imamı Həzrəti Mehdinin (ə) doğum günü qeyd ediləcək. Ahlibeyt/az-ın Salamnews-a istinadən məlumatına görə, mərasim mayın 11-də axşam saat 21.00-da başlayacaq. Mövlud günü ilə yanaşı Şaban ayının 15-ci gecəsi də geniş şəkildə qeyd olunacaq. Mərasimdə iştirak üçün hər kəs dəvət edilir. Qeyd edək ki, Şaban ayının 15-i müsəlmanların sonuncu imamı Həzrət Məhəmməd ibn Həsən əl-Məhdinin (ə) mövludu günüdür. Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyi inancını qəbul edir və buna inanır. “Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəbləridir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2017 20:11 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |