
Bakının Heydər məscidində müsəlmanların 12-ci imamı Həzrəti Mehdinin (ə) doğum günü qeyd ediləcək.
Ahlibeyt/az-ın Salamnews-a istinadən məlumatına görə, mərasim mayın 11-də axşam saat 21.00-da başlayacaq.
Mövlud günü ilə yanaşı Şaban ayının 15-ci gecəsi də geniş şəkildə qeyd olunacaq. Mərasimdə iştirak üçün hər kəs dəvət edilir.
Qeyd edək ki, Şaban ayının 15-i müsəlmanların sonuncu imamı Həzrət Məhəmməd ibn Həsən əl-Məhdinin (ə) mövludu günüdür. Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyi inancını qəbul edir və buna inanır. “Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəbləridir.