|
İnsan öz ömrünü necə uzada bilər?Bu sual bəşər tarixi boyun insanları düşündürmüşdür. Amma bu sahədə araşdırma aparan əksər tədqiqatçılar, məsələyə sırf fizioloji baxımdan yanaşmışlar. İslam dini fizioloji amillərin insan ömrünə təsirini nəinki inkar etmir, hətta bu sahədə göstərişlər də verir. İnsanın normal yuxu və qidalanma rejimi, onun ömrünün uzunluğunda əhəmiyyətli rol oynayır. Amma bundan da əhəmiyyətli amillər vardır.Məsumların tövsiyyələrində qeyd olunur ki, bəzi əməllər insanın ömrünün uzanmasına və əcəlin (ölümün) yubanmasına səbəb olur. Həzrət Mühəmməd (s) buyurur: - “Kim ömrünün uzanmasını və ruzisinin artmasını istəyirsə, valideynə yaxşılıq etsin” - “Valideynə yaxşılıq etmək ömrü uzadar, yalan ruzini azaldar, dua qəzavü-qədəri geri qaytarar”(ət-Tərğib vət-tərhib, I, 274, hədis 430) -"Allah yolunda sədəqə və qohumları yoxlamaq evləri abad edib, ömürləri uzadar" - ”Sədəqə verin və onunla xəstələrinizi sağaldın. Sədəqə xəstəlikləri və dərdləri uzaqlaşdırar, ömrünüzü və savablarınızı artırar“ İmam Cəfər Sadiq (ə) buyurur: ”Insanlar öz yaxşılıqlarının hesabına daha çox yaşayırlar, nəinki öz ömürlərinin hesabına. Və öz günahlarına görə daha çox ölümə məruz qalırlar, nəinki öz əcəllərinə görə“ Imam Mühəmməd Baqir (ə): - ”Yaxşılıq və sədəqə kasıblığı aradan qaldırar, ömrü uzadar, yetmiş cür faciəli ölümü insandan uzaqlaşdırar“ Həzrət Peyğəmbər(s) Həzrət Əliyə (ə) buyurmuşdu: ”Ya Əli! Zinada altı xüsusiyyət var ki, bunların üçü dünyada, üçü isə axirətdə zahir olar. Dünyada zahir olan xüsusiyyətlər bunlardır: insanın nurunu (təravətini) aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirətdə aşkara çıxacaq xüsusiyyətlər isə bunlardır: qiyamət günündə hesabın çətinliyi, mərhəmətli Allahın qəzəbi və cəhənnəm alovunun içində əbədi qalmaq“ (Məkarimül-əxlaq, səh. 400-401). İmam Mühəmməd Baqir (ə):“Bizim tərəfdarlarımıza Hüseyn ibn Əlinin (ə) qəbrini ziyarət etməyi tövsiyə edin. Bunu etmək ruzini artırar, ömrü uzadar, xoşagəlməz hadisələri insandan uzaqlaşdırar” (Biharül-ənvar, CI, 4). Demək, ömürünün qısalmasından ehtiyatlanaraq təmiz və keyfiyyətli qidalara üstünlük verən insan, öz mənəviyyatına da nəzər salmalıdır.İslam dinində nəzərdə tutulmuş bütün həddlər, yalnız və yalnız insanın dünya və axirət səadətini təmin etmək üçündür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2017 14:26 ⁄ Çap
Bu bölmədə23 Sentyabr, 2023 İnsan özünü necə tanıya bilər?..21 Sentyabr, 2022 Sədəqə Allahın qəzəbini yatırar22 Avqust, 2018 Qurban bayramı - Tohidin qələbəsi |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |