|
|
“Hacı Cavad” məscidinin taleyinə aydınlıq gətirildi“Hacı Cavad” məscidinin dindarlarından İslam.az-a daxil olan məlumata görə, martın 7-də söküləcəyi barədə xəbər yayılandan bir gün sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları məscidə gəliblər. Onların məscid rəhbərliyinə bildirdiyinə görə, dünənki məsələ hansısa anlaşılmazlığın nəticəsi olub və məsələ artıq həllini tapıb. Komitə əməkdaşlarının sözlərinə əsasən, məscid sökülməyəcək. Hadisəyə belə operativ reaksiya göstərdikləri üçün dindarlar həm DQİDK, həm də digər müvafiq qurumlara təşəkkürlərini bildiriblər. Biz də bu xəbərə narahat olan bütün müsəlmanlar adından təşəkkürə qoşuluruq. Qeyd edək ki, dünən məscidin söküləcəyi barədə xəbər alan kimi, məscidin icma nümayəndələri bu barədə QMİ və DQİDK daxil əksər müvafiq qurumlara bu barədə məlumat vermiş və kömək istəmişdilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Aprel, 2017 12:39 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |