9 Aprel, 2017
“Hacı Cavad” məscidinin taleyinə aydınlıq gətirildi

“Hacı Cavad” məscidinin dindarlarından İslam.az-a daxil olan məlumata görə, martın 7-də söküləcəyi barədə xəbər yayılandan bir gün sonra  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları məscidə gəliblər.

Onların məscid rəhbərliyinə bildirdiyinə görə, dünənki məsələ hansısa anlaşılmazlığın nəticəsi olub və məsələ artıq həllini tapıb. Komitə əməkdaşlarının sözlərinə əsasən, məscid sökülməyəcək.

Hadisəyə belə operativ reaksiya göstərdikləri üçün dindarlar həm DQİDK, həm də digər müvafiq qurumlara təşəkkürlərini bildiriblər. Biz də bu xəbərə narahat olan bütün müsəlmanlar adından təşəkkürə qoşuluruq.

Qeyd edək ki, dünən məscidin söküləcəyi barədə xəbər alan kimi, məscidin icma nümayəndələri bu barədə QMİ və DQİDK daxil əksər müvafiq qurumlara bu barədə məlumat vermiş və kömək istəmişdilər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6586.html