|
"İlahiyyat" məscidinin idarəçiliyi QMİ-yə verilib - AçıqlamaUzun müddət Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində dövlət qeydiyyatsız fəaliyyət göstərmiş "İlahiyyat" məscidinin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə(QMİ) verilib. Ahlibeyt.az-ın məlumatına görə, bu barədə QMİ mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib: "Ölkəmizdə dini təhsil alan tələbələr üçün tədris, maarifləndirmə işlərinin daha təkmil şəraitdə həyata keçirilməsi məqsədilə məscid ətrafındakı ərazidə gələcəkdə geniş yenidənqurma işlərinin görülməsi – "Tədris Mərkəzi"nin inşası nəzərdə tutulur. Bu "Tədris mərkəzi"nin elm məbədi - universitet yaxınlığında yerləşməsi də mühüm məqam kimi nəzərdən keçirilir. Dövlət başçımızın diqqət və yardımı sayəsində yaradılmış yeni islam kollecləri üçün müasir tələblərə cavab verəcək, dinin elmi şəkildə tədrisi prosesinin təkmilləşdirilməsinə xidmət edəcək belə bir mərkəzin Azərbaycanda İslam Həmrəyliyi İlində yaradılması dindarlara böyük töhfə olacaq. Hazırda bu istiqamətdə layihə hazırlıq işləri görülür və bu, məscidin fəaliyyətinə heç bir maneə yaratmır. Məsciddə ibadət prosesləri həyata keçirilməkdə davam edir." Qeyd eedək ki,bir qədər əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov bildirib ki, "İlahiyyat" məscidinin söküləcəyi və ya bağlanacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqəti əks etdirmir".
Ə. Zülfüqarov xatırladıb ki, Bakının Yasamal rayonunda yerləşən məscid 1993-cü ildən fəaliyyət göstərir: "Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində inşa olunmuş bu məscidin hüquqi ünvanı müəyyənləşdirilib, məscid binası Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib. “İlahiyyat” məscidində yeni yaradılmış islam kolleclərində və digər dini təhsil müəssisələrində oxuyan tələbələrin praktiki təcrübə keçmələri üçün Qafqaz Müsəlmanları İdarəsinin “Tədris Mərkəzi”nin yaradılması da nəzərdə tutulub".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Mart, 2017 17:17 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |