|
Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb Azərbaycandan Ümrə ziyarətinə gedən 60 nəfərlik qrup vətənə qayıdıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, ziyarət dövründə zəvvarların səhhətində heç bir problem olmayıb: "Zəvvarlar öz ibadətlərini sağ-salamat şəkildə sona çatdırıb. Hazırda orada havanın temperaturu 30-32 dərəcə təşkil etdiyindən ziyarətçilər hava şəraiti ilə bağlı çətinliklər də yaşamır. Növbəti qrupun ziyarətə nə zaman gedəcəyi hələlik məlum deyil".
Qeyd edək ki, martın 17-də Ümrə ziyarətinə yola düşən qrup 60 nəfərdən ibarət idi. Zəvvarların 48 nəfəri qadın, 12-si kişi olub. Onlardan 30 nəfəri 2230, 30 nəfəri isə 1590 dollarlıq xidmət paketindən istifadə edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Mart, 2017 14:37 ⁄ Çap
Bu bölmədə27 Sentyabr, 2025 27 Sentyabr - Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür15 Sentyabr, 2025 Bakının işğaldan azad edilməsindən 107 il ötür6 İyun, 2025 Qurban bayramınız mübarək |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |