27 Mart, 2017
Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb
Azərbaycandan Ümrə ziyarətinə gedən 60 nəfərlik qrup vətənə qayıdıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, ziyarət dövründə zəvvarların səhhətində heç bir problem olmayıb: "Zəvvarlar öz ibadətlərini sağ-salamat şəkildə sona çatdırıb. Hazırda orada havanın temperaturu 30-32 dərəcə təşkil etdiyindən ziyarətçilər hava şəraiti ilə bağlı çətinliklər də yaşamır. Növbəti qrupun ziyarətə nə zaman gedəcəyi hələlik məlum deyil".

Qeyd edək ki, martın 17-də Ümrə ziyarətinə yola düşən qrup 60 nəfərdən ibarət idi. Zəvvarların 48 nəfəri qadın, 12-si kişi olub. Onlardan 30 nəfəri 2230, 30 nəfəri isə 1590 dollarlıq xidmət paketindən istifadə edib.




Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6517.html