|
Azərbaycandan Ümrə ziyarətinə qadınlar daha çox gedirAzərbaycandan Ümrə ziyarətinə növbəti 60 nəfərlik qrup yola düşüb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına gedən 60 nəfərdən 48-i qadın, 12-si kişidir: "Ümrə ziyarətinə qadınlar daha çox gedir. Gedənlər əsasən 40-60 yaş arası insanlardır".
O deyib ki, zəvvarların 30 nəfəri 2 230, 30 nəfəri isə 1 590 dollarlıq xidmət paketindən istifadə ediblər. Onlar on gün müddətində səfərlərini başa vuracaqlar.
O əlavə edib ki, bu il Həcc ziyarətinə getmək üçün artıq 360 nəfər qeydiyyatdan keçib: "Ziyarətə getmək istəyənlər vaxtında sənədlərini təqdim etsələr, çox yaxşı olar. Çünki artıq 600 nəfərlik kvotadan 240-ı qalıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2017 16:23 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |