
Azərbaycandan Ümrə ziyarətinə növbəti 60 nəfərlik qrup yola düşüb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin(QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına gedən 60 nəfərdən 48-i qadın, 12-si kişidir: "Ümrə ziyarətinə qadınlar daha çox gedir. Gedənlər əsasən 40-60 yaş arası insanlardır".
O deyib ki, zəvvarların 30 nəfəri 2 230, 30 nəfəri isə 1 590 dollarlıq xidmət paketindən istifadə ediblər. Onlar on gün müddətində səfərlərini başa vuracaqlar.
O əlavə edib ki, bu il Həcc ziyarətinə getmək üçün artıq 360 nəfər qeydiyyatdan keçib: "Ziyarətə getmək istəyənlər vaxtında sənədlərini təqdim etsələr, çox yaxşı olar. Çünki artıq 600 nəfərlik kvotadan 240-ı qalıb.