إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qadınlar və vəd olunmuş Məhdi

Qadınlar tarix boyu öz hüquqlarından məhrum olmuş və şəxsiyyətləri kiçildilmişdir. İmam Mehdi (ə)-ın başladıgı hərəkatda isə qadınların hüquqları özlərinə qaytarılacaq.

Qadınlar İmam Mehdi (ə)-ın qiyamnda iştirak etmək üçün indidən özlərini hazırlamalıdırlar.

Höccətül - islam  Xuda Murad Süleyman “Həzrəti Mehdi (ə)-ın ümumbəşəri inqilabında xalqın rolu” kitabında aşagıdakı hədisi nəql edir:

İmam Baqir (ə) buyurmuşdur:

وَ اللَّهِ ثَلَاثُمِائَةٍ وَ بِضْعَةَ عَشَرَ رَجُلًا فِيهِمْ خَمْسُونَ امْرَأَةً يَجْتَمِعُونَ بِمَكَّةَ عَلَي غَيْرِ مِيعَادٍ قَزَعاً كَقَزَعِ الْخَرِيفِ يَتْبَعُ بَعْضُهُمْ بَعْضاً

“And olsun Allaha, aralarında 50 nəfər qadın olan 313 nəfər kişi payız fəsilində bulud parçaları tək Həcc mösümü olmayan bir vaxta Məkkəyə toplaşarlar”.

Bu hədisdə iki incə nöqtəyə işarə olunur:

1 - Qadınlar tarix boyu öz hüquqlarından məhrum olmuş və şəxsiyyətləri kiçildilmişdir. İmam Mehdi (ə)-ın başladıgı hərəkatda isə qadınların hüquqları özlərinə qaytarılacaq. Onlar beynəlxalq dövlətin, ümumdünyəvi hökumətin aparıcı şəxsləri kimi vəzifə bölgüsündə pay alacaqlar.

2 - Əgər qadınlar cihad və müharibələrdə birbaşa iştirak etmirsələrdə, quruculuq işlərində və başqa sahələrdə məsuliyyət daşıyırlar. Onlar islam mədəniyyətinin yayılmasında, ilahi təlimlərinin aşılanmasında xüsusi güc və istedada malikdirlər və u sahədə güclü kadir hesab olunurlar.

Bu qadının rol və onların təkamülünü, hərtərfli inkişafı göstərir.

Yuxarıdakı hədisin təsiri altında imamın zühurunu gözləyən toplum arasında qadın özünü tapa, istedadlarını kəşf edə və zühur meydanlarında hazır olmaq üçün əsl dini şəxsiyyətini formalaşdıra bilər. Bunun üçün qadınlarımız dəqiq dini və əxlaqi göstərişlərə riayət etməli, özlərini böyük məsuliyyətlərin agır yükünü daşımaq üçün hazırlamalıdırlar. Buna nail olmaq üçün İslamın dəqiq tanımaq yolunda səy göstərməlidirlər.

Mənbə:Shabestan

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Mart, 2017  13:54 Çap

Bu bölmədə


Xəbər lenti
11 Dekabr, 2017  12:00















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com