|
• Mənəviyyat • FatimiyyəBəqi qəbirstanlığında Fatimə(s.ə) üçün tikilən "Beytül-əhzan" - "Qəm evi"Fatimeyi-Zəhra (ə) Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il) cəmadiyül-əvvəl ayının 13-də və ya həmin ilin cəmadiyüs-sani ayının 3-də Mədinədə dünyasını dəyişmişdir. Xanım Zəhranın vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) və məhdud sayda peyğəmbər səhabələrinin iştirakı ilə gecəyarı torpağa tapşırılmışdır. Məzarının harada olması bu günə qədər gizli qalmışdır.Həzrəti Zəhranın Peyğəmbər məscidində və ya Bəqi qəbristanlığında dəfn olunduğunu ehtimal olunur. Ravi yazır: «Peyğəmbər(s)-in vəfatından 7 gün sonra səkkizinci gün Fatimə(s.ə) Atasını ziyarət etmək niyyəti ilə evdən ağlaya-ağlaya qəbir üstünə yollandı. Xanım(s.ə)-ın ağlamaqdan gözləri qaralmışdı. Narahatlığın təsirindən çadrası yerlə sürünürdü. Atasının qəbrinə gözü sataşan kimi özündən gedib məzarın üzərinə yıxıldı. Mədinə qadınları onun köməyinə çatıb, həzrəti-Zəhra(s.ə)-nın üzünə su səpib onu huşa gətirdilər. Daha sonra Fatimə ağlaya-ağlaya Atasına xitab edərək belə buyurdu: «Atacan, qüvvətim tükənib, səbrim qurtarıb, düşmənim sevinir, qəm-qüssə isə məni öldürür. Ey əziz Atam! Daha tənha qalmışam, səndən sonra səsim kəsilib, belim bükülüb, həyatım bir-birinə dəyib. Səndən sonra dəhşətli günlərimi keçirirəm. İndi məni sakitləşdirən də yoxdur. Qəm- qüssəm gündən- günə artır. Atacan, səndən sonra kim bu ümmətin fəryadına yetişəcək? Ey Ata, səndən sonra camaat bizdən üz döndərdi. Görəsən, nə vaxt yanına gələcəyəm? İlahi, mənim ölümümü tezliklə yetir, çünki dünya və həyat mənim üçün artıq daralıb». Fatimə(s.ə) gecə-gündüz ağlayıb göz yaşı tökürdü. Mədinə böyüklərindən bir dəstə həzrəti-Əli(ə.s)-nin yanına gəlib belə dedi: - Fatimə gecə-gündüz aglayır. Gecələr onun ah-naləsindən yata, gündüzlər isə dincələ bilmirik. Səndən xahiş edirik, Fatiməyə deyəsən, heç olmasa, ya gecə ağlasın, biz gündüzlər dincələk, yaxud gündüzlər o ağlasın, gecələr biz dincələk. Həzrəti-Əli(ə.s) buyurdu: - Mən sizin xahişinizi ona çatdıraram. Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin yanına gəlib onu ağlar gördü. Fatimə Əli(ə.s)-ni görüb bir az sakitləşdi. Həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə buyurdu: - Mədinə böyükləri məndən xahiş ediblər ki, ya gecə, ya da ancaq gündüz ağlayasan. Fatimə(s): - Ey Əbul Həsən! Mən bu camaatın arasında çox az yaşayacağam və tezliklə bunlardan ayrılacağam. Əli(ə.s): - İxtiyar sahibisən. Sonra Əli(ə.s) Mədinə evlərindən uzaqda, Bəqi qəbirstanlığında Fatimə(s.ə) üçün (ağlamaq üçün) kiçik bir ev düzəltdi. Bu evi «Beytül-əhzan», yəni «Qəm evi» adlandırdı. Fatimə hər gün sübh vaxtı Həsən(ə.s) və Hüseynlə(ə.s) bu evə gedib ağlayardı. Əli(ə.s) axşam gəlib Xanım(s.ə)-ını evə aparardı. İmam Sadiq(ə.s) buyurur: "Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra həftədə iki dəfə Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2017 11:12 ⁄ Çap
Bu bölmədə15 Noyabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür17 Dekabr, 2023 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür12 Dekabr, 2022 Xanım Fatimeyi-Zəhranın(s.ə) şəfaəti |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |