|
|
İlahiyyatçı Sərdar Babayev barəsində 37 gün həbs qətimkan tədbiri seçilibMasallı dindarı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının redaktoru, ilahiyyatçı Sərdar Babayev barəsində 37 gün həbs qətimkan tədbiri seçilib. Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, ruhani Şeyx Sərdar Babayevin(Hacıhəsənlinin) vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair öz sosial mediadakı səhifəsində açıqlama yayıb. Tanınmış vəkilin açıqlamasında bildirilib ki, Hacı Sərdar Babayevə Masallı rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə qərarı ilə barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib. Vəkilin sözlərinə görə, məhkəmənin qərarından Apellyasiya şikayəti veriləcək. Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Babayev (Hacıhəsənli) fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2017 10:52 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |