24 Fevral, 2017
İlahiyyatçı Sərdar Babayev barəsində 37 gün həbs qətimkan tədbiri seçilib

Masallı dindarı, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, maide.az saytının redaktoru, ilahiyyatçı Sərdar Babayev barəsində 37 gün həbs qətimkan tədbiri seçilib.

Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, ruhani Şeyx Sərdar Babayevin(Hacıhəsənlinin) vəkili Cavad Cavadov müvəkkilinin durumuna dair öz sosial mediadakı səhifəsində açıqlama yayıb.

Tanınmış vəkilin açıqlamasında bildirilib ki, Hacı Sərdar Babayevə Masallı rayon məhkəməsi tərəfindən  Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə qərarı ilə barəsində bir ay yeddi gün həbs qətimkan tədbiri seçilib.

Vəkilin sözlərinə görə, məhkəmənin qərarından Apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru ruhani Şeyx Sərdar Babayev (Hacıhəsənli) fevral ayının 22-də səhər saat 10-da Masallı şəhər polisi tərəfindən saxlanılıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6340.html