|
• Mənəviyyat • FatimiyyəBu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdürBu gün 10 fevral,hicri qəməri tarixi ilə Cəmadiul-əvvəl ayının 13-ü Vilayət yolunun ilk şəhidi Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür. Bu şəhadət münasibətilə başda Hz.Mehdi(ə.f) olmaqla bütün müsəlmanlara təsliyyət diləyirik. İslam Peyğəmbəri (s) ən çətin günlərində ona dayaq duran sevimli qızını "Atasının anası" adlandırardı Rəvayatlərə görə, Fatimeyi-Zəhra (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il) cəmadiyül-əvvəl ayının 13-də və ya həmin ilin cəmadiyüs-sani ayının 3-də Mədinədə dünyasını dəyişmişdir. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) və məhdud sayda peyğəmbər səhabələrinin iştirakı ilə gecəyarı torpağa tapşırılmışdır. Məzarının harada olması bu günə qədər gizli qalmışdır.Həzrəti Zəhranın Peyğəmbər məscidində və ya Bəqi qəbristanlığında dəfn olunduğunu ehtimal olunur. Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra az bir müddət yaşadı. Bu müddət ərzində heç kim onu gülərüz görmədi. Həftədə iki dəfə(I və III günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi. Peyğəmbər buyurur-"Həqiqətən, Allah Fatimənin razılığına razı olar və qəzəbinə qəzəblənər". Əziz İslam peyğəmbərinin vəfatından dərhal sonra baş verənlər qarşısında özünü mübarizə meydanına atan Fatimeyi Zəhra İmamət yolunda özünü fəda edən ilk şəxsdir.demək olar bütün araşdırmalar onu göstərir ki,peyğəmbərdən sonra İmamətin mövcudluğu bu əzəmətli xanımın şəhadəti qarşılığında mümkün oldu. Səqifədə baş verənlərə görə Hz.Əli(ə)mübarizəyə qalxması mümkün deyildi əks təqdirdə müsəlmanlar arasında qarışıqlıq düşər, Xanım Zəhra(s.ə) isə bunu edir edir, çünki qadının qiyama qalxması müharibəyə zəmin yaratmır. Xanım Zəhra(s.ə) mübarizəyə qalxsa da kütləvi mübarizə yaranmır.Əli(ə) məsciddə danışa bilmir, onun əvəzinə Hz.Zəhra(s.ə) danışır və Mədinə məscidində məhşur xütbəsini oxuyur. Xanım Zəhranın Mədinə camaatdan kömək istəməsi, İmam Hüseynin(ə) meydanda “bir nəfər yoxdurmu mənə kömək edə!” çağırışına bənzəyir. Alimlərdən biri deyir: “Əslində İmam Hüseyn(ə): “Bir nəfər yoxdurmu mən ona kömək edim haqqa qarşı olmaqdan qurtarsın” Xanım Zəhra(s.ə) da bunu Mədinəlilərə təklif edirdi: "Qalxın haqqın müdafiəsinə və qurtulun!". Bu gün də həmin fəryad ucalır və Qiyamətə kimi ucalacaq. Odur ki, məhşərin ən çox şəfaət edənlərindən biri Xanım Fatimeyi-Zəhradır(s.ə). Qeyd olur k,Xanım Fatimeyi-Zəhranın qiyamı və inqilabı olduqca böyük əhəmiyyətə malik idi. "Fatimiyyə" İslamın qorunmasında Kərbəladan az əhəmiyyətə malik deyil. Lakin o da qeyd edilməlidir ki, Fatimeyi-Zəhranın qiyamı olduqca qarışıq bir dövrə təsadüf edib, qarışıq və mürəkkəb şəraitdə baş verdi. Fatimiyyədə baş verən qarşıdurma zahirən bir neçə nəfərin arasında olsa da, həmin hadisələrin həqiqəti və batini tamam başqa idi.Həzrət Zəhra(s.ə) Peyğəmbərdən sonra 75-90 gün yaşadı. Həmin müddətdə din qorundu. Həmin müddəti Fatimə(s.ə) Hz.Əli üçün qazandı,Əks təqdirdə Hz.Əlini ölüm və beyət arasında seçim etməyə məcbur ediləcəkdi. Xanım Fatimə(s.ə) ölümü ilə də mübarizə nümayiş etdirdi. Hz.Əliyə(ə) vəsiyyət etdi ki, onu gecə qüsl etsin, gecə kəfənləsin və gecə dəfn etsin. Müsəlman dəfn olunarkən yaxşıdır ki, çox adam yığışsın. Ancaq Peyğəmbər(s) gözünün nuru Fatiməni(s.ə) yeddi nəfərlə gecə gizlin dəfn etdilər. Peyğəmbər(s) qızının gizli dəfn olunması və mübarək məzarının bugünədək gizli qalmasının məqsədi insanları düşündürməkdir. Bu addımla Xanım Zəhra(s.ə) öz etirazını tarixə yazdı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2017 10:19 ⁄ Çap
Bu bölmədə15 Noyabr, 2024 Bu gün Xanım Fatimeyi-Zəhranın şəhadət günüdür17 Dekabr, 2023 Bu gün Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür12 Dekabr, 2022 Xanım Fatimeyi-Zəhranın(s.ə) şəfaəti |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |