|
Milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin böyük rolu varPaytaxtın ümumi təhsil müəssisələrində “Ailə akademiyası” layihəsi çərçivəsində görüşlər keçirilib. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilir ki, görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, səhiyyə işçiləri və pedaqoqlar ailəyə həsr olunan müxtəlif mühazirələrlə çıxış edib, milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar. Qeyd olunub ki, Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Layihənin əsas məqsədi cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsidir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2017 13:16 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |