8 Fevral, 2017
Milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin böyük rolu var

Paytaxtın ümumi təhsil müəssisələrində “Ailə akademiyası” layihəsi çərçivəsində görüşlər keçirilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilir ki, görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, səhiyyə işçiləri və pedaqoqlar ailəyə həsr olunan müxtəlif mühazirələrlə çıxış edib, milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar.

Layihənin əsas məqsədi cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsidir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6254.html