|
|
Dövlət Komitəsi "Nardaran və nardaranlılar” adlı kitab nəşr edib Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) "Nardaran və nardaranlılar” adlı kitab nəşr edib.
Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin əməkdaşı Orxan Maşayevdir.
Kitab Bakının ən qədim kəndlərindən olan Nardaranın Azərbaycan mədəniyyətinə, elminə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlər, dəyərli alimlər, o cümlədən tarixçilər, şair və yazıçılar, din xadimləri, sənətçilər haqqındadır. Nəşr Nardaran və nardaranlılar barədə məlumat toplusu olub ensiklopedik xarakter daşıyır. Kitab oxucuya bu kəndin yetirməsi olan görkəmli şəxsiyyətlərin yaşayıb yaratdığı dövrün ab-havasını, ruhunu hiss etmək, həyat və yaradıcılığı ilə tanış olmaq imkanı yaradır.
Nəşr, həmçinin oxuculara Nardaranın qədim tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmağa imkan verir.
![]() Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Yanvar, 2017 11:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |