31 Yanvar, 2017
Dövlət Komitəsi "Nardaran və nardaranlılar” adlı kitab nəşr edib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) "Nardaran və nardaranlılar” adlı kitab nəşr edib.

Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin əməkdaşı Orxan Maşayevdir.

Kitab Bakının ən qədim kəndlərindən olan Nardaranın Azərbaycan mədəniyyətinə, elminə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlər, dəyərli alimlər, o cümlədən tarixçilər, şair və yazıçılar, din xadimləri, sənətçilər haqqındadır. Nəşr Nardaran və nardaranlılar barədə məlumat toplusu olub ensiklopedik xarakter daşıyır. Kitab oxucuya bu kəndin yetirməsi olan görkəmli şəxsiyyətlərin yaşayıb yaratdığı dövrün ab-havasını, ruhunu hiss etmək, həyat və yaradıcılığı ilə tanış olmaq imkanı yaradır.

Nəşr, həmçinin oxuculara Nardaranın qədim tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmağa imkan verir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6195.html