|
|
XİN-dən açılqlama: Ermənistan əsgərimizin cəsədini qaytarmaqdan imtina edir"Ermənistan Azərbaycan əsgərinin cəsədini qaytarmaqdan imtina edir və sorğulara cavab vermir". Ahlibeyt.az-ın məlumatına görə, bunu Salamnews-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənilərin Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun meyitini qaytarmamasına münasibət bildirərkən deyib. O, Azərbaycanın bütün beynəlxalq təşkilatlara bununla bağlı müraciət etdiyini bildirib: “Sadəcə olaraq cəsədin qaytarılmasına mane olan Ermənistan tərəfidir”. Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2017 12:53 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |