10 Yanvar, 2017
XİN-dən açılqlama: Ermənistan əsgərimizin cəsədini qaytarmaqdan imtina edir

"Ermənistan Azərbaycan əsgərinin cəsədini qaytarmaqdan imtina edir və sorğulara cavab vermir".

Ahlibeyt.az-ın məlumatına görə, bunu Salamnews-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ermənilərin Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun meyitini qaytarmamasına münasibət bildirərkən deyib.

O, Azərbaycanın bütün beynəlxalq təşkilatlara bununla bağlı müraciət etdiyini bildirib: “Sadəcə olaraq cəsədin qaytarılmasına mane olan Ermənistan tərəfidir”.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6083.html