|
|
DQİDK: Bəzi məscidlərdə dini icma olmadan axund və ya imam təyinatına razılıq verilib“Azərbaycanda fəaliyyət göstərən dini icmalar arasında sələfi və nurçulara aid icma yoxdur”. Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. M. Qurbanlı bildirib ki, dini icmaların qeydə alınmasında 50 nəfərin imzasının olması şərtdir və adı çəkilən cərəyanların heç biri bu qədər imzanı toplamayıb: “Ona görə də, hazırda bizdə nurçulara və sələfilərə məxsus dini icma qeydiyyatda deyil”. Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, 700 məsciddə dini icmalar qeydiyyata alınmayıb: “Bunlarda dini icma fəaliyyət göstərmir. Biz çalışırıq, həmin məscidlərdə də icmalar olsun. Çünki dini icma olanda idarəetmə asanlaşır. Amma bəzi məscidlər də var ki, yerli səbəbləri nəzərə alaraq, orada dini icma olmadan axund və ya imam təyinatına razılıq vermişik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Dekabr, 2016 14:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |