27 Dekabr, 2016
DQİDK: Bəzi məscidlərdə dini icma olmadan axund və ya imam təyinatına razılıq verilib

“Azərbaycanda fəaliyyət göstərən dini icmalar arasında sələfi və nurçulara aid icma yoxdur”.

Ahlibeyt.az-ın Apa-ya istinadən xəbərinə görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

M. Qurbanlı bildirib ki, dini icmaların qeydə alınmasında 50 nəfərin imzasının olması şərtdir və adı çəkilən cərəyanların heç biri bu qədər imzanı toplamayıb: “Ona görə də, hazırda bizdə nurçulara və sələfilərə məxsus dini icma qeydiyyatda deyil”.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, 700 məsciddə dini icmalar qeydiyyata alınmayıb: “Bunlarda dini icma fəaliyyət göstərmir. Biz çalışırıq, həmin məscidlərdə də icmalar olsun. Çünki dini icma olanda idarəetmə asanlaşır. Amma bəzi məscidlər də var ki, yerli səbəbləri nəzərə alaraq, orada dini icma olmadan axund və ya imam təyinatına razılıq vermişik”.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-6038.html