|
|
Azərbaycanlı rəssam səhifələri ipəkdən olan ilk "Qurani-kərim" hazırlayıb (FOTO)Türkiyədə yaşayan azərbaycanlı rəssam Tünzalə Məmmədzadə səhifələri ipəkdən olan ilk "Qurani-kərim" hazırlayıb. Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Müqəddəs kitabın hazırlanması prosesindən danışan gənc rəssam onun üçün 50 metr qara şəffaf ipək parça, 1500 millilitr qızıl və gümüş boyadan istifadə etdiyini deyir. Ölçüsü 29 x 33 sm olan kitabın hazırlanması üçün Türkiyə Diyanət İşləri İdarəsi tərəfindən nəşr edilən müqəddəs kitabın nüsxələrindən istifadə olunub. Məmmədzadə "şah əsərim" adlandırdığı kitabın hazırlanmasına üç il vaxt sərf etdiyini söyləyir: “Hazırda Marmara Universitetində sənət tarixi üzrə doktorantura təhsili alıram. Araşdırdım və daha əvvəl ipəkdən "Qurani-kərim" hazırlanmadığını öyrəndim. Mən də səhifələrinin hamısı ipəkdən olan ilk "Qurani-kərim"i hazırladım. Çünki ipək "Quran"da adı hallanan parça növüdür."
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2016 11:19 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |