24 Noyabr, 2016
Azərbaycanlı rəssam səhifələri ipəkdən olan ilk "Qurani-kərim" hazırlayıb (FOTO)

Türkiyədə yaşayan azərbaycanlı rəssam Tünzalə Məmmədzadə səhifələri ipəkdən olan ilk "Qurani-kərim" hazırlayıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Müqəddəs kitabın hazırlanması prosesindən danışan gənc rəssam onun üçün 50 metr qara şəffaf ipək parça, 1500 millilitr qızıl və gümüş boyadan istifadə etdiyini deyir.

Ölçüsü 29 x 33 sm olan kitabın hazırlanması üçün Türkiyə Diyanət İşləri İdarəsi tərəfindən nəşr edilən müqəddəs kitabın nüsxələrindən istifadə olunub.

Məmmədzadə "şah əsərim" adlandırdığı kitabın hazırlanmasına üç il vaxt sərf etdiyini söyləyir: “Hazırda Marmara Universitetində sənət tarixi üzrə doktorantura təhsili alıram. Araşdırdım və daha əvvəl ipəkdən "Qurani-kərim" hazırlanmadığını öyrəndim. Mən də səhifələrinin hamısı ipəkdən olan ilk "Qurani-kərim"i hazırladım. Çünki ipək "Quran"da adı hallanan parça növüdür."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5928.html