|
|
“IV İslam Həmrəylik Oyunlarına qoşulaq” adlı tədbir keçirilibAzərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV İslam Həmrəylik Oyunlarının təbliğat, təşviqat kampaniyası çərçivəsində “IV İslam Həmrəylik Oyunlarına qoşulaq” adlı tədbir keçirilib. Ahlibeyt.az-ın məlumatlna görə, ADNSU-dan Salamnews-a bildirilib ki, İslam Həmrəylik Oyunlarının təşviqat kampaniyası nümayəndələrinin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev Bakıda keçiriləcək növbəti idman yarışmasının əhəmiyyətindən danışıb. İslam Həmrəylik Oyunlarının nümayəndəsi Azər Əsədov oyunlar və könüllülər haqqında tələbələrə məlumat verib. Oyunların tarixi və növləri barədə təqdimat nümayiş etdirilib. Yarışlarda könüllü kimi iştirak etmək istəyənlərə qeydiyyat qaydaları barədə məlumat verilib, könüllü olmağın gənclərə faydasından danışılıb. ADNSU-nun fəal könüllüsü İlkin Dadaşov təcrübəsini bölüşüb. Sonra tələbələrin sualları cavablandırılıb. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2016 11:09 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |