12 Noyabr, 2016
“IV İslam Həmrəylik Oyunlarına qoşulaq” adlı tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV İslam Həmrəylik Oyunlarının təbliğat, təşviqat kampaniyası çərçivəsində “IV İslam Həmrəylik Oyunlarına qoşulaq” adlı tədbir keçirilib.

Ahlibeyt.az-ın məlumatlna görə, ADNSU-dan Salamnews-a bildirilib ki, İslam Həmrəylik Oyunlarının təşviqat kampaniyası nümayəndələrinin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev Bakıda keçiriləcək növbəti idman yarışmasının əhəmiyyətindən danışıb.

İslam Həmrəylik Oyunlarının nümayəndəsi Azər Əsədov oyunlar və könüllülər haqqında tələbələrə məlumat verib. Oyunların tarixi və növləri barədə təqdimat nümayiş etdirilib. Yarışlarda könüllü kimi iştirak etmək istəyənlərə qeydiyyat qaydaları barədə məlumat verilib, könüllü olmağın gənclərə faydasından danışılıb.

ADNSU-nun fəal könüllüsü İlkin Dadaşov təcrübəsini bölüşüb.

Sonra tələbələrin sualları cavablandırılıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5895.html