|
|
Xırdalan məscidində oğurluq edən şəxs yaxalandıAbşeron Rayon Polis İdarəsinin əməliyyatçıları 61 yaşlı Yaşar Kərimovu həbs ediblər. Ağdam rayon sakini olan Yaşar Kərimov Xırdalan şəhərində yerləşən Cümə məscidində cinayət törətdiyi üçün saxlanılıb. Ahlibeyt.az-ın musavat.com-a istinadla verdiyi xəbərə görə, zərərçəkən İlham Məmmədovun ifadəsi əsasında şübhəli şəxs qismində istintaqa cəlb edilən Yaşar Kərimov əməlini etiraf edib. Məlum olub ki, o, İlham Məmmədovun gödəkçəsinin cibindən 3500 azn pulu götürərək, oranı tərk edib. Əməliyyatçılar məsciddə araşdırma apararkən müşahidə kameralarına baxış keçiriblər. Elə Yaşar Kərimovun yaxalanmasına da məhz bu görüntülər yardımçı olub. Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Oktyabr, 2016 16:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |