6 Oktyabr, 2016
Xırdalan məscidində oğurluq edən şəxs yaxalandı

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları 61 yaşlı Yaşar Kərimovu həbs ediblər. Ağdam rayon sakini olan Yaşar Kərimov Xırdalan şəhərində yerləşən Cümə məscidində cinayət törətdiyi üçün saxlanılıb.

Ahlibeyt.az-ın musavat.com-a istinadla verdiyi xəbərə görə, zərərçəkən İlham Məmmədovun ifadəsi əsasında şübhəli şəxs qismində istintaqa cəlb edilən Yaşar Kərimov əməlini etiraf edib. Məlum olub ki, o, İlham Məmmədovun gödəkçəsinin cibindən 3500 azn pulu götürərək, oranı tərk edib.

Əməliyyatçılar məsciddə araşdırma apararkən müşahidə kameralarına baxış keçiriblər. Elə Yaşar Kərimovun yaxalanmasına da məhz bu görüntülər yardımçı olub.

Faktla bağlı rayon polis idarəsində cinayət işi başlanıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5761.html