|
|
Şeyxülislam: “Sərmayə gəlib burada dini qarşıdurma yaradacaqsa, lazım deyil”Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkəyə gələn turistlər və sərmayədarlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratma təhlükəsindən narahatlığını bildirib. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Şeyxülislam turizmlə bağlı qanuna, o cümlədən ölkəyə gələn səhmdarlarla bağlı qaydalara hörmətlə yanaşdıqlarını bildirərək deyib ki, bu məsələdə diqqətli olmaq lazımdır. O qeyd edib ki, kimsə sərmayə qoymaq adı ilə gəlib, gizli şəkildə cərəyanını yayırsa, bu, məzhəb ayrı-seçkiliyinə səbəb olur: “Sərmayəni qoyur və ondan istifadə edərək möhkəmləndiyi yerdə öz fərqli dini baxışını yayır. Bütün bunlar məzhəb ayrı-seçkiliyinə səbəb olur və bu da sonda dini qarşıdurma yaradır. Bu gün silahlıların tüğyan etdiyi ölkələrdə proseslər elə belə başlayıb. Ona görə də o sərmayə gəlib burda dini qarşıdurma yaradacaqsa, lazım deyil”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Sentyabr, 2016 13:53 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |