|
|
“Dini motivlər əsasında şeirlər” müsabiqəsinə əsər qəbulunun vaxtı uzadılıbAzərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə elan etdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsinə əsər qəbulunun vaxtı uzadılıb. ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən Salamnews-a-a bildirilib ki, “Dini motivlər əsasında şeirlər” müsabiqəsinin Təşkilat Komitəsi müsabiqədə iştirak etmək istəyən şəxslərin çoxsaylı təklif və xahişlərini nəzərə alaraq bu qərara gəlib. Xatırladaq ki, iyulun 6-sı müsabiqəyə şeirlərin qəbulu üçün son gün idi. Təşkilat Komitəsinin qərarına əsasən isə müsabiqəyə əsər qəbulu iyulun 20-nə qədər uzadılıb. Qeyd edək ki, müsabiqə səmavi kitabların – “Tövrat”, “Zəbur”, “İncil”, “Qurani-kərim”in gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyul, 2016 13:35 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |