
Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə elan etdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsinə əsər qəbulunun vaxtı uzadılıb.
ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən Salamnews-a-a bildirilib ki, “Dini motivlər əsasında şeirlər” müsabiqəsinin Təşkilat Komitəsi müsabiqədə iştirak etmək istəyən şəxslərin çoxsaylı təklif və xahişlərini nəzərə alaraq bu qərara gəlib.
Xatırladaq ki, iyulun 6-sı müsabiqəyə şeirlərin qəbulu üçün son gün idi. Təşkilat Komitəsinin qərarına əsasən isə müsabiqəyə əsər qəbulu iyulun 20-nə qədər uzadılıb.
Qeyd edək ki, müsabiqə səmavi kitabların – “Tövrat”, “Zəbur”, “İncil”, “Qurani-kərim”in gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.