|
"Təzə Pir" məscidində bayram namazı Allahşükür Paşazadənin imaməti ilə qılınıb Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.
“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. "Azərbaycanda şiə və sünni məzhəbinin nümayəndələri bəzən bayramı müxtəlif günlərdə qeyd edirdilər. Bu gün isə hər iki məzhəbin nümayəndələri birlikdə bayram namazı qılıblar - bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur: "İlk dəfə olaraq rəsədxananın müəyyən etdiyi vaxta uyğun olaraq bütün məscidlərdə eyni vaxtda namaz qıldıq. Bu da bizim vəhdətimizi göstərir. Dünyanın heç yerində bu cür vəhdət yoxdur. Bu da bizim tolerantlığımızı göstərir. Bizim böyük düşmənimiz, Qarabağ boyda dərdimiz var. Tezliklə torpaqlarımızın işğaldan azad olunmasını Allah bizə nəsib etsin. Namazların eyni vaxtda qılınması və azanın eyni vaxtda verilməsi bizim üçün çox mühümdür. Bizdə vəhdət var və bəzi qüvvələr buna mane olmaq istəyir. Lakin heç kim bu vəhdəti qıra bilməz. Bunu istəyən Allahdır".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2016 16:10 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |