6 İyul, 2016
"Təzə Pir" məscidində bayram namazı Allahşükür Paşazadənin imaməti ilə qılınıb
Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.

“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.


"Azərbaycanda şiə və sünni məzhəbinin nümayəndələri bəzən bayramı müxtəlif günlərdə qeyd edirdilər. Bu gün isə hər iki məzhəbin nümayəndələri birlikdə bayram namazı qılıblar - bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur: "İlk dəfə olaraq rəsədxananın müəyyən etdiyi vaxta uyğun olaraq bütün məscidlərdə eyni vaxtda namaz qıldıq. Bu da bizim vəhdətimizi göstərir. Dünyanın heç yerində bu cür vəhdət yoxdur. Bu da bizim tolerantlığımızı göstərir. Bizim böyük düşmənimiz, Qarabağ boyda dərdimiz var. Tezliklə torpaqlarımızın işğaldan azad olunmasını Allah bizə nəsib etsin. Namazların eyni vaxtda qılınması və azanın eyni vaxtda verilməsi bizim üçün çox mühümdür. Bizdə vəhdət var və bəzi qüvvələr buna mane olmaq istəyir. Lakin heç kim bu vəhdəti qıra bilməz. Bunu istəyən Allahdır".

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-5461.html