|
|
Azərbaycanda ilk dəfə olaraq ayın müşahidə olunması üçün heyət yaradılıbMübarək Ramazan ayının sona yetməsinin müəyyən edilməsi istiqamətində görülən işlər çərçivəsində yeni ayın görünməsini təsdiqləmək üçün Azərbaycanda ilk dəfə olaraq müşahidə heyəti yaradılıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə QMİ-nin səlahiyyətli nümayəndəsi,"Məşədi Dadaş"məscidinin imam camaatı ilahiyyatçı alim Hacı Şahin Həsənli məlumat verib. Məlumata görə,müşahidə heyəti QMİ sədri Allahşükür Paşazadənin şəxsi təşəbbüsü ilə yaradılıb və əldə olunacaq məlumat rəsmi şəkildə elan olunacaqdır. Ramazan ayının sona yetməsini müəyyən edilməsi istiqamətində görülən işlər çərçivəsində yeni ayın görünməsini təsdiqləmək üçün yaradılan müşahidə heyətinin ixtiyarına müasir tipli optik cihazlar verilmiş və bir neçə münasib müşahidə nöqtəsi müəyyən olunmuşdur. İlahiyyatçı qeyd edtmişdir ki,özünün də daxil olduğu müşahidə heyəti tərkibinə ölkənin dinşunas alimləri dəvət olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2016 17:57 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |