
Mübarək Ramazan ayının sona yetməsinin müəyyən edilməsi istiqamətində görülən işlər çərçivəsində yeni ayın görünməsini təsdiqləmək üçün Azərbaycanda ilk dəfə olaraq müşahidə heyəti yaradılıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə QMİ-nin səlahiyyətli nümayəndəsi,"Məşədi Dadaş"məscidinin imam camaatı ilahiyyatçı alim Hacı Şahin Həsənli məlumat verib.
Məlumata görə,müşahidə heyəti QMİ sədri Allahşükür Paşazadənin şəxsi təşəbbüsü ilə yaradılıb və əldə olunacaq məlumat rəsmi şəkildə elan olunacaqdır.
Ramazan ayının sona yetməsini müəyyən edilməsi istiqamətində görülən işlər çərçivəsində yeni ayın görünməsini təsdiqləmək üçün yaradılan müşahidə heyətinin ixtiyarına müasir tipli optik cihazlar verilmiş və bir neçə münasib müşahidə nöqtəsi müəyyən olunmuşdur.
İlahiyyatçı qeyd edtmişdir ki,özünün də daxil olduğu müşahidə heyəti tərkibinə ölkənin dinşunas alimləri dəvət olunub.