إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Fitrə zəkatı necə çıxarılmalıdır...

İmam Cəfər Sadiq (ə) buyurur:

"Orucluq bitdikdə fitrə zəkatı vermək lazımdır - Necə ki, namazı bitirdikdə Peyğəmbərə salavat demək lazımdır.Hər kim Ramazan orucunu bitirdikdən sonra qəsdən fitrə zəkatı verməsə, orucu qəbul olmaz. Necə ki, namazın sonunda peyğəmbərə salavat göndərməyən adamın namazı qəbul olmaz".

Əgər axşam məlum olsa ki, səhər bayramdır Fitrə zəkatı məğrib azanından(gün batdıqdan sonra) sonra ayrılmalıdır.Fitrə zəkatı Fitr bayramı günü günəş çıхdıqdan sоnrа vеrilir.

Fitrə zəkatını bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir. Əgər bu mümkün olmazsa, bayram namazı qılındıqdan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir.

Fitrə zəkatının miqdarı ailədə hәr nәfәr üçün buğdа, аrpа, хurmа, kişmiş, düyü, qаrğıdаlı vә s. kimi şеylәrdәn 3 kq dəyərindədir. Beləki, fitrə zəkatını orta hesablama ilə adam başı 3 manatdan 10 manata və daha artıq miqdarda vermək olar. Yuxarıda qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar.

Lakin fitrə qaydalarına görə müstəhəbdir ki, insan özünün daha çox istifadə etdiyi yuxarıda sadalanan ərzaqlardan birinin pulunu hesablayıb versin.

Əgər bir ailə imkansızdırsa, onda onlar fitrə verməkdən azaddırlar.

Başqasının öhdəsində olan insana fitrə zəkatı vacib deyil. Habelə əgər öhdəsində olduğu adam da onun fitrəsini verməsə, yenə də ona fitrə vacib deyil. Lakin, yaxşı olar ki, özü öz fitrəsini çıxartsın.

Fitrə zəkatını o kəs verməlidir ki, gəliri zəruri xərclərini qarşılayır. Əksinə, fitrəni o kəsə vermək lazımdır ki, gəliri zəruri xərclərini qarşılamasın.

Fitrə pulunu özünüz də imkansız müsəlmana verə bilərsiz. Əgər belə bir tanışınız yoxdursa, həmin pulun fəqir müsəlmana verilməsini başqa adama həvalə edə bilərsiz.

Habelə seyyidlər qeyri-seyyidlərdən fitrə zəkatı ala bilməzlər, qeyri-seyyidlər də seyyidlərə fitrə zəkatı verə bilməzlər. Yalnız seyyid ehtiyacı olan seyyidə fitrə zəkatı verə bilər.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyun, 2018  16:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!