إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

Azərbaycan ərazisindəki bütün məscid və ziyarətgahlarda bayram namazı iyulun 6-da səhər saat 09:00-da qılınacaq.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya  Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Bayram namazı İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacaq.

 

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həmin gün Bakıdakı Təzə Pir məscidində bayram namazına qatılacaq.

 

Bildirək ki, Şamaxı Astrofizika Rəsədxanasının,həmçinin digər beynəlxalq elmi mərkəzlərin hesablamalarına və etdikləri açıqlamalara görə, bu il Azərbaycanla yanaşı ətraf ölkə ərazilərində Ramazan ayının 29 gün davam edəcəyi ehtimal olunur. Buna əsasən şəvval ayının ilk hilalının Azərbaycan üfüqində 5 iyul məğrib azanı(gün batdıqdan sonra)zamanı görünəcəyi halda Ramazan ayının sona çatması gözlənilir.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası bu ilki Ramazan ayı ilə bağlı fətvasında müsəlmanlar üçün bu müqəddəs ayın 1-i ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edib. Fətvada Eydül-Fitr - Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsinə istinadən iyul ayının 6-na təsadüf etdiyi qeyd edilir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 İyul, 2016  16:14 Çap

Bu bölmədə


Xəbər lenti













11 Dekabr, 2017  12:00


© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com